Bələdçi

Endokrinoloji analizlər və müayinələr: bələdçi

Qısa cavab

Endokrinoloq hansı analizin lazım olduğunu müayinədən sonra müəyyən edir. Bu bələdçi ən çox istənilən testlərin nəyi göstərdiyini və bəzilərinə necə hazırlaşmaq lazım olduğunu izah edir. Referans aralıqları laboratoriyadan asılıdır. Nəticəni həmişə həkiminizlə birlikdə dəyərləndirin.

LaboratoriyaƏn çox istənilən testlər
TiroidTSHFT4FT3Anti-TPOŞəkərAc şəkərHbA1cOGTTHOMA-IRHormonlarProlaktinAMHKortizolIGF-1MineralKalsiumPTH25(OH)DB12

Hansı testin lazım olduğunu həkim müayinədən sonra müəyyən edir.

Test / müayinəNəyi göstərirHazırlıq və həkimin qeydləri
Ac qarına qan şəkəriŞəkər mübadiləsi≥8 saat aclıq. ≥126 mq/dl (7 mmol/l) — diabet meyarlarından biridir. Həkimin praktik həddi: 100 mq/dl və yuxarı siqnaldır; 110 mq/dl (6,1 mmol/l) və yuxarıdırsa, özbaşına qərar verməyin, endokrinoloqa müraciət edin. Diabet əlamətləri varsa, ilk addım ac qarına şəkəri yoxlatmaqdır.
HbA1c (3 aylıq orta şəkər)Son 3 ayda şəkərin necə nəzarətdə saxlandığıAc və ya tox olmağın önəmi yoxdur. Prediabet 5,7–6,4%, diabet ≥6,5% (48 mmol/mol). Diabetlilərdə ümumi hədəf çox vaxt <7% olur; hamilələrdə və bəzi qruplarda daha aşağı saxlanılır. Hemoqlobin patologiyası olanlarda test düzgün nəticə verməyə bilər. Həkimin praktik qeydi: 5,5–6% siqnaldır, 6% və yuxarı həkimə müraciət vaxtıdır.
Şəkər yükləmə sınağı (OGTT)Şəkərə tolerantlıq2-ci saatda ≥200 mq/dl (11,1 mmol/l) — diabet meyarı.
Aclıq insulini və HOMA-IRİnsulin müqaviməti8–10 saatlıq aclıqdan sonra alınır. HOMA-IR = ac şəkər (mq/dl) × ac insulin / 405. Həkimin istifadə etdiyi hədd: 2,5-dən yuxarı. Nümunə: şəkər 85 mq/dl (normada), insulin 18 olduqda → 85 × 18 / 405 = 3,8. Yəni ac şəkərin normal olması metabolizmin normal olduğunu göstərmir. İnsulinin normal dəyərləri təxminən 2–25 aralığındadır (laboratoriyadan asılıdır).
TSHHipofizin tiroidi «işləməyə məcbur edən» hormonuNormal aralıq çox vaxt 0,27–4,2-dir, amma laboratoriyaya görə fərqlənir. Yaşa, şikayətlərə və hamiləliyə görə xüsusi hədəf aralıqları var. Yüksək TSH həmişə qalıcı xəstəlik demək deyil — səbəb araşdırılmalıdır.
Sərbəst T4 (FT4), sərbəst T3 (FT3)Tiroid hormonlarıHipo- və hipertireozun dərəcəsi; yarımkəskin tiroiditdə TSH aşağı, FT4 və FT3 yüksək olur.
Anti-TPO, anti-TGTiroiddə autoimmun prosesin markerləri (Haşimoto və s.)Bir dəfə yüksək çıxıbsa, təkrar-təkrar yoxlanılmır: diaqnozu qoydurur, amma müalicənin gedişatını dəyişdirmir (video).
ProlaktinHipofiz hormonuYuxudan durduqdan ən azı 2 saat sonra və stressiz vəziyyətdə alınmalıdır. Normal: kişilərdə təxminən 20 ng/ml-ə, qadınlarda 25 ng/ml-ə qədər (laboratoriyadan asılıdır).
AMHQadınlarda yumurtalıq, kişilərdə testikulyar rezervNormal dəyərlər çox vaxt 2–5 ng/ml aralığındadır (laboratoriyadan və yaşdan asılıdır). PKOS-da artır, menopauzaya yaxın azalır.
KortizolBöyrəküstü vəzin «stress hormonu»Artıqlığı (Kuşinq) və ya çatışmazlığı (Addison) şübhəsində xüsusi testlərlə yoxlanılır.
GH (boy hormonu), IGF-1Akromegaliya, boy hormonu çatışmazlığıLazım olduqda sınaq testləri və hipofizin MRT-si ilə birlikdə.
Kalsium, fosfor, PTH, kreatininParatiroid və sümük-mineral mübadiləsiParatiroid adenomunda kalsium və PTH yüksək olur.
25(OH) D vitaminiD vitamini ehtiyatıD vitamininin dozası qan səviyyəsinə görə təyin olunur. Zəhərlənmə şübhəsində kalsium, fosfor və kreatininlə birlikdə yoxlanılır.
Lipid profiliXolesterin (LDL, HDL), trigliseridÜrək-damar riski; endokrin səbəblər (tiroid, insulin müqaviməti) nəzərə alınır.
B12 vitaminiSinir sistemi, qanUzun müddət metformin qəbul edənlərdə vaxtaşırı yoxlanılmalıdır.
EÇS, CRPİltihabYarımkəskin tiroidit şübhəsində.
Tiroid və boyun USMVəzin strukturu, düyün, kista, limfa düyünləriBax: Tiroid və boyun ultrasəs müayinəsi
Tiroid İİABDüyünün sitoloji xarakteriBax: Tiroid İİAB (incəiynəli biopsiya)
SintiqrafiyaDüyünün «isti» (aktiv) və ya «soyuq» olması; paratiroid adenomunun yeriToksik adenomun və paratiroid adenomunun təsdiqində istifadə olunur. Paratiroiddə USM və PTH washout ilə birlikdə.
Densitometriya (sümük sıxlığı)Osteoporoz, qırıq riskiDiaqnoz, dərmana ehtiyacın dəyərləndirilməsi və müalicənin izlənməsi üçün. T-score nəticəsi şikayət və qan analizləri ilə birlikdə dəyərləndirilir.
Sol əl biləyi rentgeni (skelet yaşı)Uşağın sümük inkişafıBoyun ləngiməsi, erkən və ya gecikmiş yetkinləşmə şübhəsində. Hər halda rentgen həkim nəzarəti altında çəkilməli və dəyərləndirilməlidir.
Hipofiz MRTProlaktinoma, akromegaliyaProlaktin yüksəkliyi və boy hormonu artıqlığı şübhəsində.
Dr. Şirvan ZəkəriyəyevEndokrinoloq

Tez-tez axtarılanlar

Qəbula yazıl

Qəbul öncədən qeydiyyatla aparılır. Formu doldurun: «WhatsApp-da göndər» düyməsini basdıqda mesajınız WhatsApp-da hazır olacaq. Zəng etmək də olar.

Qəbul yeri

Şikayətinizi, əlinizdə olan analiz və USM nəticələrini qısaca yazın.

Çərəz ayarları