Xidmətlər
Endokrinoloji xidmətlər
Qısa cavab
Dr. Şirvan Zəkəriyəyevin qəbulunda aşağıdakı xidmətlər göstərilir:
- endokrinoloji müayinə (tiroid palpasiyası daxil) və analizlərin dəyərləndirilməsi;
- tiroid və boyun ultrasəs müayinəsi;
- ultrasəs nəzarətində tiroid düyününün incəiynəli aspirasion biopsiyası (İİAB);
- tiroid kistasının əməliyyatsız boşaldılması, skleroterapiyası və ablaziyası;
- şəkərli diabetin fərdi müalicəsi və izlənməsi;
- artıq çəkinin səbəbinin araşdırılması və həkim nəzarətində çəki müalicəsi.
Xidmət və kimə lazımdır
- Endokrinoloq qəbulu və müayinəHormonal şikayəti, tiroid, şəkər, çəki problemi və ya anormal analizi olanlar
- Tiroid və boyun USMBoyunda şişkinlik, düyün şübhəsi, tiroid funksiyası pozulanlar — həkimin göstərişi ilə
- Tiroid İİABUSM-də şübhəli əlamətləri olan düyünlər
- Tiroid kistası prosedurlarıŞikayət verən və ya təkrar dolan böyük kistalar
- Diabetin müalicəsi və izlənməsiPrediabet, 1-ci və 2-ci tip diabet
- Çəki idarəsiArtıq çəki, piylənmə, insulin müqaviməti