Endokrinologiya · Diabetologiya

Şəkərli diabet və diabetik ağırlaşmalar

1-ci və 2-ci tip diabet, prediabet və hamiləlik diabetinin idarə edilməsi. Müalicə fərdiləşdirilir; məqsəd yalnız bugünkü rəqəmi deyil, uzunmüddətli metabolik nəzarəti təmin etməkdir.

Diaqnostika

Şəkərli diabet necə təsdiqlənir?

Aşağıdakı meyarlardan biri kifayətdir.

TestDiabet diaqnozu
Ac qarına qan şəkəri (≥8 saat aclıq)≥ 126 mg/dl (7 mmol/l)
Günün hər hansı vaxtı (əlamətlərlə birlikdə)≥ 200 mg/dl (11.1 mmol/l)
Oral qlükoza tolerantlıq sınağı (2-ci saat)≥ 200 mg/dl
HbA1c≥ 6.5% (48 mmol/mol)

HbA1c nəyi göstərir?

HbA1cŞərh
≤ 5.6%Normal
5.6 – 6.4%Prediabet
≥ 6.5%Şəkərli diabet
< 7%Diabetli xəstələrdə ümumi hədəf (fərdi dəyişir)

Qeyd: HbA1c son üç ayın orta şəkərini əks etdirir; ac və ya tox qarına analiz fərqi yoxdur. Hamilə qadınlarda və bəzi qruplarda hədəf daha aşağı təyin edilir.

İdarəetmə və ağırlaşmalar

Diabet üzrə xidmətlər

İdarəetmə

  • 1-ci və 2-ci tip şəkərli diabet
  • Prediabet və profilaktik yoxlanış
  • Hamiləlik diabeti
  • Diabetes insipidus (şəkərsiz diabet)
  • İnsulin və tablet müalicəsinin tənzimlənməsi
  • HbA1c və 24 saatlıq şəkər profili

Ağırlaşmalar və kəskin hallar

  • Diabetik neyropatiya
  • Diabetik ayaq — endokrinoloji idarəetmə
  • Hipoqlikemiya idarə edilməsi
  • Diabetik ketoasidoz
  • Hiperqlikemik krizlər
  • Glukagon iynəsi göstərişi və ilk yardım

Bilməli olduqlarınız

Diabet haqqında doğru məlumat

Şəkərli diabet hər gün nəzarət tələb edir

"Bir gün şəkər yüksəldi, heç nə olmadı" düşüncəsi yanlışdır. Bu günün yüksək rəqəmləri bir müddət sonra ağırlaşmalarla özünü göstərə bilər. Norma həmişə normadır.

Aşağı şəkər yüksək şəkərdən təhlükəlidir

Şəkər tez-tez 4 mmol/l (72 mg/dl) altına düşürsə, mütləq həkimlə əlaqə saxlanmalıdır. Hipoqlikemiya hiperqlikemiyadan daha sürətli orqan zədələnməsinə yol açır.

Müalicəni vaxtından əvvəl dayandırmaq olmaz

Dərmanlar bitdikdə və ya şəkər müvəqqəti düzəldikdə müalicəni öz-özünə saxlamaq düzgün deyil. Həkimin təyin etdiyi müddətdə təkrar qəbula gəlmək nəticələrin korlanmamasının açarıdır.

Covid-19 sonrası şəkər kontrolu pozula bilər

Pozulmuş qidalanma və müalicədə istifadə olunan steroidlər şəkəri kontroldan çıxara bilər. Karbohidratlardan uzaq durmaq, gündəlik 30-40 dəqiqə fiziki aktivlik və endokrinoloq nəzarəti vacibdir.

Şəkərli diabetdə qidalanma prinsipləri

Sual-Cavab

Diabet haqqında tez-tez verilən suallar

Şəkər səviyyəm normadan bir qədər yuxarıdır. Müalicə vacibdirmi?

Ac qarına şəkər 100 mg/dl və yuxarıdırsa siqnaldır; 110 mg/dl və yuxarıdırsa endokrinoloq qəbuluna yazılmaq tövsiyə olunur. HbA1c 5.5-6% arasında nəzarət, 6%-dən yuxarı müraciət vaxtıdır. Prediabet mərhələsində müdaxilə tam diabetin qarşısını ala bilər.

Şəkərli diabetim var. Dərmanları özüm dayandıra bilərəmmi?

Xeyr. Şəkər dərmanlarını həkim icazəsi olmadan saxlamaq olmaz. Şəkərin müvəqqəti normallaşması müalicənin işlədiyi mənasını verir, dərmana ehtiyacın bitməsi mənasını yox. Doza dəyişikliyi yalnız nəzarətdə aparılır.

HbA1c testi ac qarına verilməlidir?

Xeyr. HbA1c son üç ayda qan şəkərinin orta səviyyəsini əks etdirir; ac qarına və ya tox qarına analiz fərqi yoxdur. 5.6%-ə qədər normal, 5.6-6.4% prediabet, 6.5%-dən yuxarı diabet diaqnozudur.

Hipoqlikemiya (aşağı şəkər) zamanı nə etməli?

Şəkər 70 mg/dl-dən aşağı düşdükdə hipoqlikemiya sayılır. Soyuq tər, titrətmə, halsızlıq əsas əlamətlərdir. Dərhal 15-20 qram şəkər (3-5 dilim şəkər suda və ya 1 stəkan meyvə suyu) qəbul edilməlidir. Huş itirildikdə glukagon iynəsi tətbiq olunub xəstəxanaya çatdırılmalıdır.

Diabet ailəmdə var. Profilaktik yoxlanış vacibdirmi?

Bəli. 1-ci dərəcə qohumlarda (ana, ata, bacı, qardaş) şəkərli diabet varsa, inkişaf ehtimalı yüksəlir. Ac qarına qan şəkərini yoxlamaq sadə və effektiv profilaktik addımdır.

Diabet idarəetməsi üçün qəbula yazılın

Şəkəriniz yüksəkdirsə, ailə tarixçəniz varsa və ya müalicənizi yeniləmək istəyirsinizsə, WhatsApp ilə əlaqə saxlayın.