M.C.Cəfərov 12, Bakı şəh., Nəsimi r. B.e Şən 09:00 18:00 0505741989 WhatsApp
Ana səhifə·Sual cavab

Tez-tez verilən suallar

Şəkər, tiroid, çəki idarəsi və biopsiya ilə bağlı ən çox soruşulan suallar.

Xeyr. Şəkərli diabet zamanı dərmanları həkimin icazəsi olmadan saxlamaq olmaz. Dozanın dəyişdirilməsi və müalicənin dayandırılması yalnız müayinə əsasında qərarlaşdırılır.
Ağrı texnikdən asılıdır. Düzgün yerdən və uyğun götürülmə zamanı prosedur zamanı və sonrası ağrı demək olar ki olmayacaq səviyyədədir.
Yox. Yayılacaq, toxunmaq olmaz ifadələri tibbi əsası olmayan miflərdir. Biopsiya diaqnozu dəqiqləşdirmək üçün vacib üsuldur.
Xeyr. Hər düyün biopsiya edilməz və biopsiya üçün düyünün ölçüsü önəmli deyil. Əsas düyünün tərkibini və xarakterini dəyərləndirməkdir.
Yox. Graves zəhərli zob zamanı 1-ci seçimimiz dərman terapiyasıdır. Əgər dərman üçün əks göstərişlər varsa, digər müalicə üsulu seçilir.
Çox aşağı şəkərlər yüksək şəkərlərdən daha təhlükəlidir. Şəkər 4 mmol/l (72 mg/dl) altı tez-tez düşürsə, mütləq həkimlə məsləhətləşin.
Bəli. Yorğunluq, halsızlıq, gözlərdə zəiflik, dəri quruluğu, dəridə çatlar, yaraların sağalmaması, ağız yaraları, qəbizlik, ürəkbulanma da şəkərdən xəbər verə bilər.
Xeyr. Bu iynələr endokrinoloq nəzarətində, müəyyən testlər əsasında yazılır. Ehtiyacın doğru qiymətləndirilməsi və izləmə vacibdir.
1 sm və böyük, tünd qırmızı bənövşəyi striatlar metabolik pozulmadan tutmuş Kuşinq sindromu və böyrəküstü vəz xəstəliklərinə qədər müxtəlif hallarla bağlı ola bilər.
Xeyr. Xolesterin yüksəkliyi zamanı dərman təyini canlı müayinə tələb edir. Səbəblərin aşkarlanması və izləmə planı şəxsi görüşdə qurulur.
Polikistoz qadınlarda sonsuzluq zamanı rast gəlinən əsas səbəblərdən biridir. Müalicə təkcə dərman yox, sağlam həyat tərzini də əhatə edir.
Tiroid vəzinin diaqnostikasında düzgün ultrasəs müayinəsi qızıla bərabərdir. Ciddi və dəqiq müayinə üsuludur.
Bəli və xeyr. Xəstəliyin növündən asılıdır. Bəzi hallarda ömürlük dərman ilə sağalma, bəzi hallarda dərman tam saxlana bilir.
Bəzən bəli. Şəkərin nəzarəti əsas şərtdir. Lakin neyropatiya zamanı endokrinoloq və nevroloq birgə idarəetmə tələb edə bilər.
İlkin mərhələdə uyğun dieta yanaşması və izləmə əsasdır. Hər xəstə fərdidir, müalicə planı şəxsi qurulur.

Sualınız cavabsız qaldı?

WhatsApp və ya zəng ilə əlaqə saxlayın.