Metabolik sağlamlıq

Çəki, insulin müqaviməti və metabolik sindrom

Artıq çəkidə yanaşma səbəb yönlüdür. İnsulin müqaviməti, leptin dirənci və metabolik vəziyyət araşdırılır; lazım olduqda GLP-1 müalicəsi yalnız həkim nəzarətində tətbiq edilir.

Dr. Şirvan Zəkəriyəyev — Dünya Piylənmə Günü konfransında

İnsulin müqaviməti normal şəkərə baxmayaraq mövcud ola bilər

Ac qarına şəkərin normal olması metabolizmin sağlam olduğunu göstərmir. İnsulin müqaviməti HOMA-IR formulu ilə hesablanır: (ac şəkər × ac insulin) / 405. Nəticə 2.5-dən böyükdürsə insulin müqaviməti var.

İnsulin müqavimətinin siqnalları

  • Tez-tez aclıq hissi
  • Yemək gecikəndə əsmə
  • Akantoz nigrikans (dəri büküşlərində qaralma)
  • Sivilcələr
  • Yuxu pozğunluğu
  • Çəki vermənin çətinləşməsi

Araşdırma və müalicə

Çəki və metabolik sindrom üzrə xidmətlər

Hansı analizlər aparılır?

Ac qarına insulin və qlükoza, HOMA-IR, karbohidrat tolerantlıq sınağı (OGTT) və leptin dirənci ilə metabolik vəziyyət tam araşdırılır.

Çəki itkisi necə planlanır?

Yanaşma səbəb yönlüdür — sadəcə kalori deyil, hormonal və metabolik səbəb də müəyyən edilir. Plan fərdi qurulur.

GLP-1 (arıqlama iynəsi) nə vaxt?

İnyeksion müalicə yalnız spesifik xəstələrə, qan testləri və USM-dən sonra, həkim nəzarətində təyin olunur.

Əlaqəli hallar

  • Artıq çəki və piylənmə (obezite)
  • Metabolik sindrom
  • Leptin dirənci
  • Akantoz nigrikans
  • Striyalar (dəri çatları) — endokrinoloji səbəb araşdırması
  • Çəki itkisində səbəb yönlü yanaşma

Bilməli olduqlarınız

Doğru məlumat

Akantoz nigrikans insulin müqavimətinin əlamətidir

Boyunda, qoltuqaltında və qasıqda dəri qaralması və qalınlaşması insulin müqavimətinin dəri əlamətidir. Hiperinsulinemiya dəri hüceyrələrinin aktivliyini artırır. Səbəb müəyyən olunmadan kremlərlə müalicə nəticə vermir.

Arıqlama iynələri həkim nəzarəti olmadan təhlükəlidir

GLP-1 analoqları reklam və ya tanış məsləhəti ilə deyil, müayinə və test nəticələrindən sonra təyin edilməlidir. Doza səhvliyi ciddi ağırlaşmalar yarada bilər. Müalicə kəsildikdən sonra çəkinin qayıtmaması üçün strateji plan vacibdir.

Arıqlama iynələri haqqında ətraflı

Sual-Cavab

Tez-tez verilən suallar

İnsulin müqaviməti varsa şəkərə çevriləcək?

Mütləq deyil. İnsulin müqaviməti tip 2 diabetin ən vacib risk amilidir, lakin düzgün müdaxilə ilə tam diabetin qarşısını almaq mümkündür. Fiziki aktivlik, düzgün qidalanma və çəki itkisi əsas tədbirlərdir.

Arıqlama iynələri (GLP-1) hər kəs üçün uyğundur?

Xeyr. Bu inyeksiyalar müəyyən testlərdən sonra, fərdi göstərişə əsasən təyin edilir. Doza, müddət və müalicədən sonrakı plan həkim tərəfindən müəyyən olunmalıdır. Özbaşına istifadə ciddi ağırlaşmalara yol aça bilər.

Akantoz Nigrikans yalnız kosmetik problemdirmi?

Xeyr. Boyun, qoltuqaltı və qasıq nahiyəsində dəri qaralması və qalınlaşması insulin müqavimətinin və tip 2 diabetin əlamətidir. Səbəb düzəldilmədən dəri kremləri ilə müalicə nəticə vermir.

İnsulin müqaviməti necə hesablanır?

HOMA-IR formulu ilə: (ac şəkər × ac insulin) / 405. Nəticə 2.5-dən böyükdürsə insulin müqaviməti var. Tez-tez aclıq hissi, yemək gecikəndə əsmə, akantoz nigrikans və yuxu pozğunluğu siqnal ola bilər.

Metabolik müayinəyə yazılın

Çəki verə bilmirsinizsə və ya insulin müqaviməti şübhəsi varsa, düzgün analizlərlə səbəb müəyyən edilə bilər.