Həkim haqqında
Dr. Şirvan Zəkəriyəyev
Endokrinoloq. Endokrin və metabolik xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşıb; xüsusi diqqət tiroid xəstəlikləri, şəkərli diabet, çəki idarəetməsi və hormonal pozğunluqlara verilir.
- TəhsilAzərbaycan Tibb Universiteti (2012–2018)
- RezidenturaEndokrin xəstəliklər, ATU TTK (2018–2022)
- QəbulBakı — Mərcan Medicare · Qəbələ — Sağlam Həyat TM

Yanaşma
Fərdi, səbəb yönlü və dəlilə əsaslanan müalicə
Yanaşma fərdidir: hər xəstənin diaqnozu və müalicə taktikası ayrıca dəyərləndirilir. Hormonal müalicə təyin etməyə tələsmir, ilk növbədə şikayətin əsas səbəbini araşdırır.
Müalicə fərdiləşdirilmiş, dəlilə əsaslanan və müasir endokrinologiya protokolları ilə uyğun olur. Məqsəd — lazımsız müdaxilədən çəkinmək, düzgün diaqnozu vaxtında qoymaq və xəstənin uzunmüddətli sağlamlığını qorumaqdır.
Təhsil və ixtisasartırma
Akademik yol
- 2012–2018Azərbaycan Tibb Universiteti (ATU)
Baza tibb təhsili.
- 2018–2022ATU Tədris Terapevtik Klinikası (TTK)
Endokrin xəstəliklər üzrə rezidentura.
- 2019–2021Türkiyə — Endokrinologiya kursu
Endokrinologiya üzrə ixtisasartırma.
- 2020Bağcılar Eğitim və Araştırma Hastanesi (Türkiyə)
Tiroid vəzinin ultrasəs müayinəsi və düyünlərin biopsiyası üzrə ixtisaslaşma kursu.
İş təcrübəsi və fəaliyyət bölgələri
Paytaxt və bölgələrdə təcrübə
Hazırkı qəbul yerləri
- Bakı — Mərcan Medicare Klinika (20 Yanvar filialı)
- Qəbələ — Sağlam Həyat Tibb Mərkəzi
Fəaliyyəti boyu paytaxtla yanaşı, bölgələrdə də mütəmadi olaraq xəstələri qəbul etmişdir.
Əvvəlki fəaliyyət mərkəzləri
- Qubadlı Rayon Mərkəzi Xəstəxanası (üç ilə yaxın)
- Zaqatala Labstyle Hospital
- Balakən Elmas Klinika
- Naxçıvan və Göyçay Referans Tibb Mərkəzləri
Çıxışlar və akademik fəaliyyət
Məruzə və seminarlar
- 7. Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresi — "Bariatrik cərrahiyyə öncəsi endokrinoloqun yanaşması" mövzusunda çıxış.
- ATU Tədris Terapevtik Klinikası — "Tiroid düyünləri, düyünlərə yanaşma və həkimin taktikası" seminarı.
- Labstyle Hospital — "Endokrin sonsuzluq" mövzusunda məruzə.
İştirak etdiyi konqres və konfranslar
Konqreslər
- TDDEK — Türkdilli Dövlətlərin 1-ci Milli Endokrin Konqresi
- 1-ci və 2-ci Milli Endokrin Konqres
- 7-ci Azərbaycan Milli Diabet Konqresi
- 3-cü Endokrinologiya və Metabolizma Konqresi
- Endokurs-9
- İzsiz Tiroidektomiya Konqresi
- 46-cı TEMHK (Türk Endokrinoloji və Metabolizma Dərnəyi Konqresi)
- ROMP təşkilatçılığı ilə keçirilən konfrans
- Kistik Fibroz mövzusunda elmi konfrans (12 mart)
Peşəkar əlaqələr
Sahənin aparıcı mütəxəssisləri ilə birgə fəaliyyət
Azərbaycanın əsas endokrinologiya mütəxəssisləri ilə birgə fəaliyyət və tədbirlərdə iştirak etmişdir. Onların arasında Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri Dr. Xəyyam Eyvazov, Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri t.e.d., professor Valeh Mirzəzadə və kafedra müdiri professor R.M. Məmmədhəsənov yer alır. Beynəlxalq miqyasda, Türkiyənin tanınmış endokrinoloqu professor Alptəkin Gürsoy ilə TDDEK konqresində birgə görüşmüşdür.
Media iştirakı
Televiziya və radioda maarifləndirmə
- Səhiyyə TV — "Çıxış Yolu"Piylənmə ilə bağlı çıxış
- Lider TV — "Həkimim"Qalxanabənzər vəzi xəstəlikləri (video)
- Xəzər FM 103Canlı yayım: insulin dirənci, diabet və zob xəstəlikləri
- Qəbələ TVSağlam Həyat Tibb Mərkəzi — işə başlama (video)
Foto-arxiv
Konqres və konfranslardan






Qəbula yazılın
Suallarınız üçün WhatsApp ilə yazın və ya zəng edin. Qəbul öncədən qeydiyyatla aparılır.