Şəkərli diabet, tiroid xəstəlikləri, çəki idarəsi, osteoporoz, PKOS, tiroid biopsiyası.
Şəkər 1 gün yox, hər gün nəzarətdə saxlanılan metabolik pozğunluqdur. Bu gün qalxan şəkər heçnə deməyə bilər, lakin sonra ağırlaşmalarla özünü göstərir.
Tiroid vəzinin diaqnostikasında düzgün ultrasəs müayinəsi qızıla bərabərdir. Hər düyün biopsiya tələb etmir, ölçü əsas meyar deyil. Düzgün tərkib və xarakter qiymətləndirilməlidir.
Çəki itkisinə nail olmaq üçün ilk öncə mövcud çəkiyə nəyin səbəb olduğunu tapmaq mütləqdir. Ətraflı müayinə tövsiyə olunur.
Sümük dansitometriyası nəticələrinin doğru oxunması, kalsium və D vitamini səviyyəsi izləməsi. Kompleks endokrin-metabolik müayinə.
Polikistoz qadınlarda sonsuzluq zamanı rast gəlinən əsas səbəblərdən biridir. Müayinə və müalicəsi şaxəlidir, kollektiv qərar düzgündür.
Biopsiya proseduru diaqnozu dəqiqləşdirmək üçün önəmlidir. Düyünün ölçüsü deyil, tərkibi və xarakteri biopsiya göstərişini müəyyən edir.